Vyanada Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Cəmiyyətinin (ISAPS) növbəti konfransı keçirilib. Cəmiyyətin Cənubi Qafqaz üzrə təmsilçisi, milli katibi, professor Vaqif Qələndərov virtual müzakirələrə dəvət olunub.
Konfransda onlayn çıxış edən professor tədbir iştirakçılarına Azərbaycan cərrahlarının salamını çatdıraraq, pandemiya dovründə icra olunan əməliyyatlarda yeni yanaşmalarla bağlı fikirlərini bölüşüb. Bildirib ki, bütün dünyada bu sahədə yeniliklər və yeni əməliyyat protokollarının yaradılmasında qəbul olunan qərarlarda bizim də səs haqqımızın olması və müzakirələrə dəvət edilməyimiz ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyənin dünya standartlarına cavab verməsinin göstəricisidir.