Dekabrın 5-də Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə məşhur natiqlik və ünsiyyət bacarıqları təlimçisi, ÜTÜ QRUP MMC rəhbəri Zaur Cahangirov tərəfindən universitetimizdə “Necə yaxşı danışaq?” mövzusunda seminar keçirilib.
Tədbirin açılışını edən I Müalicə-profilaktika fakültəsinin dekan müavini Zəhra Həsənli yaradılan imkana görə THİK-in sədri Qoşqar İsmayılova və dəvəti qəbul etdiyi üçün Zaur Cahangirova təşəkkürlərini bildirib.
Daha sonra Z.Cahangirov tələbələrlə müzakirəli olaraq “Necə yaxşı danışaq?” mövzusunda çıxış edib. Tədbirin sonunda isə tələbələrlə bir oyun keçirib və qalib gələnləri özünün müəllifi olduğu “Düşünmək adlı dünya” kitabı ilə mükafatlandırıb.
Tədbir tələbələrin böyük marağına səbəb olub.
ATU THİK bütün tələbələri sosial-ictimai işlərdə aktiv iştirak etməyə çağırır.