ATU TEC-in növbəti il üçün fəaliyyət proqramı müzakirə olunub

 

 

ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov universitetin Tələbə Elmi Cəmiyyətinin Şura üzvləri ilə görüşüb. Görüş zamanı 2023-cü ildə TEC-in fəaliyyəti və keçiriləcək tədbirlər planı geniş müzakirə olunub. 

Görüşdə Tələbə Elmi Cəmiyyətinin Elmi rəhbəri, tibb elmləri doktoru Muşviq Həsənov cıxış edərək, TEC-in fəaliyyət proqramı haqqında məlumat verib. Daha sonra gələn ilin aprelində keçirilməsi planlaşdırılan Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Koqresin təşkilati məsələləri müzakirə olunub.