ATU-da kardioloji kurs keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) kardioloji kurs keçirilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin Xl Milli Konqresi çərcivəsində təşkil olunan təlimlər keçirilib. Bu günki təlim exokardioqrafiya üzrə təməl kursdan ibarət olub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloqu, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədr müavini Yasmin Rüstəmovanın verdiyi məlumata görə, kursların ilki Exokardioqrafiyaya (EKQ) həsr edilib. Kurs zamanı müxtəlif klinik hallarda çəkilmiş EKQ-lərin və mürəkkəb EKQ-lərin interpretasiyası, EKQ-də aritmiyaların dəqiq müəyyən edilməsi metodları tədris olunacaq. Bakı Sağlamlıq Mərkəzində keçirilən KEQ kursunda Kursda həmçinin İşemiya, infarkt və digər hallarda EKQ dəyişikliklərinin təyini istiqamətində biliklər də paylaşılacaq.
Bundan əlavə, konqres çərçivəsində Mərkəzi Klinikada kardioloqlar üçün həm də anatomiya kursu təşkil olunacaq. Hər iki təlim zamanı Azərbaycanın aparıcı kardioloqları öz təcrübələrini bölüşəcək, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da tədris ediləcək.
Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin Xl Milli Konqresi 10-11 dekabr tarixlərində keçiriləcək. Beynəlxalq tədbir zamanı Avropa Kardiologiya Cəmiyyəti və Dünya Kardiologiya Cəmiyyəti ilə birgə sessiyalar təşkil olunacaq.
Kursda kardioloqlar Fuad Səmədov, Cəmil Babayev, Xatirə Abduləlimov və Lalə Babazadə təlimçi qismində iştirak ediblər.