“Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan Simpoziumu” (11-14 dekabr) işinə başlayıb. Simposium ÜST Azərbaycan tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-lə əməkdaşlıqda təşkil etdilir. Açılış mərasimində ÜST-nin eksperti Dr. Halil İbrahim Durak, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Fazil Hüseynbəyov, İTSDA-nın Analitika və Statistika Şöbəsinin müdiri Dr. Rəşad Çobanlı, TƏBİB-in icraçı direktorunun müavini Dr. Anar İsrafilov və Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakultəsinin dekanı Dr. Anar Ağayev çıxış edib.
Tibb bacısı və mamalar, elm adamları, tələbələr və qərarverici şəxslərin qatıldığı simpoziumun çərçivəsində panel müzakirələri, forum və təlim kursları baş tutacaq. 12 mövzuda keçirilən kurslarda 300-dən çox azərbaycanlı tibb bacısı və mama iştirak edəcək.
Simpozium tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yeniliklərin paylaşılması, tibb bacısı və mamalar, ekspertlər və qərarverici şəxslər arasında fikir mübadiləsinin genişləndirilməsi, və regional və beynəlxalq səviyyələrdə tibb bacıları və mamalar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsinə yardımçı olacaq.
Simpozium və çıxışçılar barədə daha ətraflı məlumat üçün bu keçid vasitəsilə proqramla tanış ola bilərsiniz: https://bit.ly/3UK4cT