ATU-da stritbol və şahmat turniri keçirilib

 

 

ATU-nun Tədris İdman Kompleksində Nəsimi rayon Gənclər və İdman İdarəsinin dəstəyi və “Təbib” idman klubunun təşkilatçılığı ilə tələbələr arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş stritbol (basketbol) və şahmat turniri keçirilib.

Stritbol turnirində ATU-nun 5 fakültəsindən 20 idmançı tələbə iştirak edib. Dairəvi sistemlə keçirilən oyunlarda Stomatologiya fakültəsinin tələbələri I yerə, II Müalicə-profilaktika fakültəsinin tələbələri II yerə və I Müalicə-profilaktika fakültəsinin tələbələri III yerə layiq görülüblər.

Şahmat turnirinə isə 26 nəfər tələbə idmançı qatılıb. 7 turun nəticəsinə görə qaliblər müəyyənləşib. Qızlar arasında I yeri Fatimə Məmmədova, II yeri Nuranə Rəhimli, III yeri Nərmin Həşimli, oğlanlar arasında isə I yeri Abusəddin Mollayev, II yeri Zaur Balayev, III yeri Fərid Məlikov qazanıb.

Sonda qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, medal və kuboku ilə mükafatlandırılıblar.