ATU Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin yığıncağında təmsil olunub

 

Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin VI ümumi yığıncağı bu il Qazaxıstanın Türküstan şəhərində baş tutub. Ahmet Yesevi Universitetinin ev sahibliyi v ilə keçirilən tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Macarıstandan 50-dən çox rektor və universitet nümayəndələri təmsil olunub. Toplantıda Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov də iştirak edib.

Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Ömər Kocamanın sədrliyi ilə baş tutan mərasimin açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun videomesajı səsləndirilib. Türkiyə Universitetlər Birliyinin 6-cı ümumi yığıncağında gündəlikdəki məsələlər müzakirə edilib, quruma yeni üzvlərin qəbuluna səs verilib, bəzi universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair protokollar imzalanıb. 

Qeyd edək ki, 2012-ci ildə yaradılmış Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin əsas məqsədi  Türk Dünyasına üzv ölkələr arasında ali təhsil sahəsində iş birliyini həyata keçirməkdən ibarətdir. Hazırda qurumun 50-yə yaxın üzvü var.