ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları - şöbə müdiri, dosent Müşfiq Orucov, müdir müavini, i.ü.f.d. Nigar Ələkbərova və mübadilə proqramları koordinatoru Dünya Bayramova Xəzər Universitetində keçirilmiş Erasmus+ Məlumat Günündə iştirak ediblər.
Tədbirin məqsədi respublika ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığa məsul əməkdaşlarının Avropa Komissiyasının Erasmus+ proqramının imkanları haqqında məlumatlandırılması olub. Tədbirdə Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov “2021-2027-ci illər Erasmus+ proqramının əsas xüsusiyyətləri və təkliflər üçün cari davam edən çağırışlar (CBHE, Jean Monnet, CBVET, EMJM/EMDM)”, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Qurbanova “Ali təhsil sahəsində milli prioritetlər və Elm və Təhsil Nazirliyinin Erasmus+ proqramına dəstəyi”, Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora “Xəzər Universitetində Erasmus+. Uğurlu qeydiyyat ərizəsinin hazırlanması” və həmin universitetinin Həyat elmləri departamentinin əməkdaşı Cavid Ocaqi İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin təsis etdiyi “Dayanıqlı istehsal və istehlak üçün heyvanların rifahı (HAnimSPAC) layihəsi” mövzularında çıxış ediblər.