Tələbələrimiz diplomla təltif olunublar

Özbəkistan Respublikasının Səmərqənd şəhərində onlayn formatda keçirilən beynəlxalq olimpiadaya ATU-nun Stomatologiya fakültəsinin iki tələbəsi də qatılıb. Olimpiadada Ortopedik stomatologiya fakültəsini Süsən Yaqubova (elmi rəhbəri assistent T.Talıbova), Terapevtik stomatologiya kafedrasını isə Sevinc Hacıyeva (elmi rəhbəri dosent E.Abbasova) təmsil edib. Hər iki tələbəmiz Səmərqənd Dövlət Tibb Universitetinin diplomuna layiq görülüb.