ATU-nun əməkdaşı "Türk Sağlık - Sen, İşyeri Temsilçiləri" birliyinin dəyərləndirmə  toplantısında iştirak edib
Dekabrın 15-18-də  Antalyada "Türk Sağlık - Sen, İşyeri Temsilçiləri" birliyinin dəyərləndirmə  toplantısı keçirilib. Toplantıda Azərbaycan Tibb Universiteti də daxil olmaqla ölkəmizin səhiyyə sənayesinin nümayəndələri iştirak ediblər. 
Tədbir səhiyyə işçilərinin sosial problemləri, işçi hüquqlarının təminatı və digər məsələlərə həsr olunub. 
 
Tədbirdə Azərbaycan nümayəndələri də çıxış ediblər. Toplantı iştirakçıları Qarabağ zəfərinin bütün  Türk Dünyasının zəfəri olduğunu bildirerek daim Azərbaycana dəstək olacaqlarını qeyd ediblər. 
 
  Toplantıda ATU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilat şöbəsinin müdürü Elnarə Muradova, ATU THİK sədri, II Uşaq xəstəlikləri kafedrasının müəllimi Dr. Qoşqar İ.İsmayılov, MHT institutunun MHİK sədri Əfsanə Məmmədova, TİNM HİK sədri  Yeganə Sultanova iştirak ediblər.