"Həkimin effektiv nitqi və inandırma psixologiyası"

 

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə natiqlik təlimi keçirilib.

THİK-in sədri Qoşqar İsmayılov çıxışı zamanı təlimin əhəmiyyətindən danışaraq, tələbələr arasında həkimliklə yanaşı, digər sahələrə həvəsin xeyli artığını bildirib. Tanınmış təlimçi Orxan Şahbazın toxunduğu mövzunun onların gələcək həyatında müstəsna rol oynayacağını qeyd edib.

II Müalicə-profilaktika fakültəsinin THİK sədri Zivər Hüseynova da təlim barədə məlumat verib. “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov isə tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları  münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra Orxan Şahbaz "Həkimin effektiv nitqi və inandırma psixologiyası" mövzusunda təlimi davam etdirib. Mövzu tələbələrin böyük marağına səbəb olub. O.Şahbaz anonim sorğulara və tələbələrin verdiyi suallara ətraflı cavab verib.

Sonda II Müalicə-profilaktika fakültəsinin aktiv tələbələrinə THİK-in sertifikatları təqdim olunub.