Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.
Bu haqda ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub. Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.
Ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətində yaxından iştirak edən Azərbaycan Tibb Universiteti öz əməkdaşlarının rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.