ATU-nun əməkdaşı dünya çempionatına lisenziya qazanıb

 

Gənclər və İdman Nazirliyinin milli güləş üzrə keçirdiyi yarışda Azərbaycan Tibb Universitetinin əməkdaşı, mühafizəçi Mahir Əliyev də iştirak edib.

O, gərgin keçən mübarizədə ən yüksək nəticə göstərərək, 100 kq çəkidə I yerə layiq görülüb və nazirliyin diplomu ilə təltif olunub. Eyni zamanda, gələn ilin mayında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində keçiriləcək dünya çempionatına lisenziya qazanıb.