Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Həmrəylik gününə həsr olunmuş 2 günlük Endokrinoloji aksiyası başa çatıb.
Aksiyada 35 nəfər müayinədən keçib.
Klinikanın cərrah endokrinoloqu Azər Hümmətovun təşkil etdiyi aksiyada müayinədən keçən pasiyentlərdən 33 nəfərində qalxanvari vəzin xəstəlikləri ( Haşimoto tiroiditi- 25 nəfər; Düyünlü ur-7 nəfər; Yarımkəskin tireoidit- 1 nəfər) aşkarlanıb. Cəmi 2 nəfərdə patalogiya aşkar olunmayıb. Xəstələrdən birində şübhəli düyün müəyyən olunduğundan, onun üzərində incə iynə biopsiyası icra olunub. Aksiya iştirakçılarına analiz və ultrasəs müayinələrinin nəticələrinə uyğun olaraq, mvafiq müalicələr təyin edilib.