Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında tibb bacıları üçün “Təməl Yaşam Dəstəyi” seminarlarına start verilib.
Klinikanın Təcili Yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmovun sözlərinə görə, bu tip seminarlar bütün ölkələrdə aparılır: “Bu cür seminarların keçirilməsi olduqca vacibdir. Məqsədimiz tibb bacılarımıza dəstək vermək, yenilikləri aşılmaq, bu ixtisasın vacibliyi haqqında maarifləndirmə işi aparmaqdır. Çünki xəstənin sağalmasında həkim qədər tibb bacısının da rolu var. Tibb bacıları peşə etikası qaydalarına hər zaman riayət etməli, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlarını daim artırmalıdırlar. Bu ixtisas üzrə təhsil alan tələbələr daha çox komanda şəklində işləmək bacarığı qazanmalıdırlar. “Təməl Yaşam Dəstəyi” kursumuzda da ən əsas, ilk növbədə göstərilməli olan yardımlar haqqında danışılır, bu sistem iştirakçılara öyrədilir”.
Qeyd edək ki, ATU-da artıq 3 ildir ki, tibb bacılığı ixtisası yaradılıb.