ATU-nun prorektoru beynəlxalq mükafat alıb

Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin fəaliyyəti xarici ölkə qurumları tərəfindən növbəti dəfə mükafatlandıırlıb.

Belə ki, bu günlərdə prorektor S.Əliyev elm və təhsil sahəsində xidmətlərinə görə Almaniyanın “Europaische Akademie der Naturwissenschaften in Hannover e.V.” Cəmiyyəti tərəfindən “Wilhelm Conrad Röntgen medal”ına layiq görülüb.

Həmçinin o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2022-ci ildə olan uğurları nəzər alınaraq, “Türk Dünyası İlin Alimi Beynəlxalq Mükafatı” ilə təltif edilib.

Qeyd edək ki, bu qiymətləndirmələr ictimai rəy və sorğulara əsasən aparılır.