Yoluxucu xəstəliklər kafedrasının rezidentləri müəllimlər qarşısında çıxış edib

 

Yoluxucu xəstəliklər kafedrası son iki il ərzində istər elmi, istər tədris-metodiki, istərsə də nizam-intizam sahəsində ciddi nailiyyətlər əldə edib. Bundan əlavə, tələbələrin Tələbə Elmi Cəmiyyətinin işində fəal iştirakı və onların aktiv çıxışları təşkil olunub.

Bütün bunlarla yanaşı, ilk dəfə olaraq yanvar ayında kafedranın müdiri, dosent Cəlal İsayevin rəhbərliyi, eləcə də kafedra müdirinin elmi işlər üzrə müavini, dosent Mirzamin Muxtarov və tədris hissə müdiri, dosent Vüqar Cavadzadənin birgə təşkilatçılığı ilə “İnfektologiyanın aktual problemləri” mövzusunda rezidentlərin elmi-praktik seminar məşğələləri keçirilib. Qeyd edək ki, hazırda Yoluxucu xəstəliklər kafedrasında 34 rezident təhsil alır.

Seminarda II, III və IV kursun rezidentlərindən Adil Əliyev, Leyla Bağırova, Gülxanım Ağazadə, Leyla Qədirova, Aidə Əlistanova, Mədinə Həsənova, Misri Qasımova, Mələk Səlimli, Nurlana Hüseynova, Səbinə Həsənzadə, Vəfa Şıxıyeva, Yetər Məmmədova, Günay Süleymanova, Zərifə Rəsulova, Aysel Şirinova, Şirin Mehdiyeva, Aidə Şəkərova, Aynur Qurbanova, Təyyurə Ağayeva, İsmayıl İsmayılzadə və Bahar Quluzadə tibbin bu sahəsi üzrə hazırda aktual olan bir sıra mövzularda maraqlı çıxışlar ediblər.

Mövzuların hazırlanması zamanı kuratorlar, kafedra müdiri Cəlal İsayev, professor Elçin Hüseynov, dosentlər Ələsgər Vəliyev, Mirzamin Muxtarov, Sədrəddin Atakişizadə, Vüqar Cavadzadə, Natiqə Xudaverdiyeva, Gülnarə İbrahimova, Sulduz Əhmədova, Reyhan Bəylərova, Könül Cəfərova, assistentlər Gülnarə Kərimova, Xeyransa Əhmədzadə və t.ü.f.d. Samir Məmmədov rezidentlərə öz təklif və tövsiyələrini veriblər. Rezidentlər tərəfindən təqdim edilən mövzular kuratorlar və digər müəllim-əməkdaşlar tərəfindən maraqla qarşılanıb. Kafedradan bildirilib ki, gələcəkdə də bu istiqamətdə belə elmi-praktik seminarların keçirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, kafedrada I kurs üzrə təhsil alan 11 rezidentin iyun ayında müxtəlif mövzular üzrə çıxışları planlaşdırılır. Bu cür tədbirlər rezidentlərin elmi-praktik işlər üzrə təcrübələrinin artırılması və onların müstəqil fəaliyyətində mühüm rol oynayır.