Yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə terror hücumu zamanı səfirliyin bir əməkdaşı şəhid, eləcə də yaralılarımız oldu. Yaralılarımıza tibbi xidmət göstərilməsi və onların nəzarət altında ölkəmizə təxliyəsi üçün Azərbaycan Tibb Universitetinin 6 nəfərdən ibarət həkim qrupu hadisə yerinə göndərildi.
Reanimatoloq, ortopedik travmatoloq, üz-çənə və ümumi cərrahların daxil olduğu həkim qrupu müəyyən risklərə baxmayaraq, yaralılara lazımi tibbi yardımı təmin etdi və onların ölkəmizə gətirilməsində fədakarlıq göstərdi.
Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universitetinin rektorluğu və universitetin Həmkarlar İttifaqı onların əməyini diqqətdən kənarda qoymayıb. Belə ki, bu günlərdə qrup üzvlərinə xüsusi təşəkkürnamələr təqdim olunub.