Əməkdaşımızın məqaləsi PubMed indeksasiyalı Q1 statusuna malik 7.68 impakt faktorlu nüfuzlu elmi jurnalda nəşr olunub.
Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiysı və kimya kafedrasının müdiri, professor Eldar Qarayevin Avropa alimləri ilə birgə apardığı “LC-MS Based Phytochemical Profiling towards the Identification of Antioxidant Markers in Some Endemic Aloe Species from Mascarene Islands” (“Maskaren adalarından bəzi endemik aloe növlərində antioksidant markerlərin müəyyən edilməsi istiqamətində LC-MS əsaslı fitokimyəvi profilləşdirmə”) adlı elmi-tədqiqat işi PubMed indeksasiyalı Q1 statusuna malik 7.68 impakt faktoru (Q1; IF 7.68) olan “Antioxydants” (Antioxidants, 2023, 12(1), 50; doi.org/10.3390/antiox12010050) jurnalında çap olunub. Sevindirici haldır ki, müəlliflərin arasında ATU-nun Əczaçılıq fakültəsinin məzunu, ə.ü.f.d. Elnur Eldar oğlu Qarayev də var.