Bu problem uşaq ölümlərinin artmasına səbəb olur
Son dövrlər ölkəmizdə yeni doğulmuş körpələrin ana südü ilə qidalandırılmasının azalması və süni qidalara tələbatın artması acı bir həqiqətdir. Ana südünün süni qidalarla əvəz edilməsinin bir çox səbəbləri var. Həkimlər bu səbəblərin mümkün qədər aradan qaldırılması və körpələrin ana südü ilə bəslənməsinin təmin olunmasını tövsiyə edirlər.
ATU-nun I uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının neonatoloqu Sərxan Elbəyiyev bildirir ki, bəzən qadınlar doğuşdan sonra tezliklə işə çıxdıqlarına görə uşağı ana südü ilə qidalandırmaqdan imtina edirlər. Bəzi hallarda isə anaların özünəinamı kifayət etmədiyinə görə südün uşağına kifayət etməyəcəyi düşünür və təbii qidalandırmadan vaz keçirlər: “Yaxud, hamiləlik dövründə və doğuşdan sonra tibbi heyət tərəfindən analar üçün lazımi səviyyədə maarifləndirmə aparılmır, xanımlar nə ailədə həyat yoldaşı, nə yaxınları, nə də cəmiyyət tərəfindən dəstək almırlar. Çox hallarda keysəriyyə ilə doğuş həyata keçirildiyindən analar körpələri süd ilə qidalandırmır”.
Doktor S.Elbəyiyev bu məsələnin sonradan ciddi problemlərə yol aça biləcəyini bidirir. Çünki uşaq ölümlərinin böyük bir qismində qidalanma çatışmazlığının önəmli rolu var: “Bəslənmə çatışmazlığı əsas xəstəliyin ağırlaşmasına, böyümə və inkişafdan geri qalması, malnutrisiya, infeksiyalar və xronik xəstəliklərin ağırlaşmağına birbaşa təsir edir. Ana südünün tərkibində protein, yağlar, karbohidrat, mikroelementlərdən əlavə, süni qidalarda olmayan bir çox bioaktiv maddələr (antitellər, qlikokonyuqatlar, oliqosaxxaridlər, prebiotiklər, fermentlər, hormonlar, leykositlər, antioksidantlar, nukleotidlər, anti-inflamatuar agentlər və s.) vardır. Ana südü ilə bəslənmə uşaqları kəskin və xronik xəstəliklərdən (alt tənəffüs sistemi xəstəlikləri, orta qulaq iltihabı, idrar yollarının infeksiyaları, bağırsaq infeksiyaları, allerqik xəstəliklər, metabolik sindrom, piylənmə, xoralı kolit, kron xəstəliyi, hipertoniya, leykoz və limfomalar) qoruyur; zəka geriliyi, motor və nitq funksiyalarında gerilik, diqqət əksikliyi və autizm kimi halların qarşısını alır”.
Önəmli məsələlərdən biri də odur ki, ana südü ilə bəslənmənin qadının özünə də faydası var. Belə ki, əmizdirmə qadınlarda endometrium, yumurtalıq və süd vəzinin xərçəngi, osteoporoz kimi xəstəliklərin risklərini önəmli ölçüdə azaldır, hamiləlik sonrası çəki itirərək əvvəlki kiloya qayıtmasına şərait yaradır, analıq hissinin əmələ gəlməyinə və ana-körpə bağının inkişafına şərait yaradır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNICEF) uşaqlarda ilk 6 ay boyunca sadəcə ana südü ilə qidalanmanı, 2 yaşına qədər ana südünün xüsusi nəzarət altında və əlavə qidalarla birgə verilməyə davam edilməyini məsləhət görür. Əmizdirməyə uşaq doğulduqdan sonra 1 saat içində başlanılmalıdır. Klinik araşdırmaların nəticələrinə görə, erkən bəslənməyə başlanan yenidoğulmuşlarda ilk 1 ay içində ölüm hallarının 3 qat daha az olur. Ölkəmizdə Körpə Dostu Xəstəxana Cəhdinin və digər Körpə Dostu səhiyyə qurumlarının maarifləndirmə proqramlarının tətbiq edilməsi, əmizdirmə və ana südüylə qidalanmanın genişmiqyaslı təşkili və təbliğ olunmağına şərait yaradacaq.
Əmizdirmənin anaya faydaları:
Ana südünün üstünlükləri:
Əmizdirmənin (ana südünün) uşağa faydaları:
1. Kəskin və xroniki xəstəliklərdən qoruma:
2. Uşağın böyümə və inkişafına təsiri: