Özəl "SG Sapiens" Genetik Xəstəlikləri Dəyərləndirmə Mərkəzinin nümayəndə heyəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi arasında görüş keçirilib.
Mərkəzin təsisçisi və idarəedicisi dosent Kanay Yararbaş rəhbəri olduğu qurum haqqında geniş məlumat verib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında ATU ilə "SG Sapiens" Genetik Xəstəlikləri Dəyərləndirmə Mərkəzi arasında perspektiv qarşılıqlı əməkdaşlıq istiqamətləri haqqında danışıb.
Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, "SG Sapiens"in mətbuat əlaqələndiricisi Merve Sarıkaya Can, əməyin inkişafı üzrə mütəxəssis dr. Deniz Dehni iştirak edirdilər.