Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasında həkim-rezidentlər üçün növbəti seminar keçirilib.
Seminarda kafedranın ftiziatriya ixtisası üzrə həkim-rezidenti Türkan Məmmədzadə “Kazeoz sətəlcəm” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi kazeoz sətəlcəmin klinik-diaqnostik xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb, məruzə qənaətbəxş hesab olunub.
Qeyd edək ki, Ağciyər xəstəlikləri kafedrasında tələbələr, həkim-rezidentlər və gənc həkimlər üçün mütəmadi olaraq belə seminarlar keçirilir.