Azərbaycanın möhtəşəm tarixi, o cümlədən səhiyyəsinin bir çox parlaq səhifələri qadınların adı ilə bağlıdır. Bu gün bütün sahələr üzrə təmsil olunan Azərbaycan xanımları Azərbaycan Tibb Universitetində də əzmkarlıqla çalışırlar.
ATU-nun xanım əməkdaşları ilə görüşdə bu barədə çıxış edən rektor, professor Gəray Gəraybəyli universitetin fəaliyyətinin ağırlığının böyük bir qisminin də məhz xanımların çiynində olduğunu qeyd edib: “Universitetimizin bütün sahələrində siz bu məsuliyyəti bizimlə bölüşürsünüz, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışırsınız. Sizin uğurunuz kollektivimizin, universitetimizin uğurudur. Bu isə son nəticədə Azərbaycan xalqının və dövlətimizin uğurları deməkdir. Ailə dəyərlərinin, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük rolu olan xanımlarımızın fəaliyyəti hər birimizdə böyük məmnunluq hissi doğurur”.
Rektor professor Gəray Gəraybəyli bütün xanımları 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti və yüksək amallar naminə fəaliyyətlərində uğurlar arzulayıb.