ATU-nun Müalicə-profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova Qazaxıstanın Astana şəhərində keçirilən “VI beynəlxalq kitab nəşri” və “Ən yaxşı gənc alimlər - 2022” layihələrində iştirak edib, 1-ci dərəcəli diplom və medalla mükafatlandırılıb.
Qeyd edək ki, İnsan anatomiyası kafedrasının müdiri, dosent Anar Abdullayevin elmi rəhbərliyi altında onun “Çivini dəliyin morfoloji xüsusiyyətləri” mövzusunda yazdığı tezis həmin konfransın çap materiallarında yer alıb.