ATU-nun İctimai səhiyyə fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə "Capasity building club" çərçivəsində "Tibb bacılığı nədir?" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən TGT sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ATU üzrə nümayəndəsi Vaqif Abdullayev Tibb bacısı ixtisasının praktik əhəmiyyətindən söz açıb, tədbirin təşkilində dəstəyə görə fakültə dekanı, dosent Qalina Qəniyevaya və tədbirdə iştirakı üçün dosent İradə Əliyevaya öz minnətdarlığını bildirib. Təşkilatın sədr müavini Rəna Cumayeva isə sözügedən ixtisasın yaradılması haqqında ətraflı məlumat verib.
Sonra Bakı Sağlamlıq Mərkəzinin icraçı direktorunun inzibati işlər üzrə məsləhətçisi, Türkiyədə Qazi Universitetini bakalavr, Hacəttəpə Universitetini isə magistr və doktorantura üzrə bitirmiş, “Pedaqogika və məşğulolma” sertifikasiyasından uğurla keçmiş dosent İradə Əliyeva Tibb bacısı ixtisası mütəxəssislərinin vəzifələri və fəaliyyəti haqqında danışıb, Türkiyədə magistratura və doktorantura təhsil pillələri haqqında iştirakçıları məlumatlandırıb.