Əməkdaşımızın ixtirasına beynəlxalq patent verilib

Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev və həmmüəllifləri tərəfindən hazırlanmış “Способ получения субстанции из чайных отходов, состоящей из L-теанина и кофеина, для улучшения умственной работоспособности” (“Çay tullantılarından tərkibi L-teonin və kofeindən ibarət zehni fəaliyyəti yaxşılaşdıran substansiyanın alınması üsulu”) adlı ixtiraya beynəlxalq Avrasiya patenti verilib (Евразийский Патент на изобретение № 042306, Евразийская Патентная Организация, 02.02.2023).

Sevindirici haldır ki, patentin həmmüəllifləri həmin kafedranın keçmiş doktorantı Töhfə Nəsibova və ATU-nun Əczaçılıq fakültəsinin məzunu, hazırda Fransanın Eks-Marsel Universitetinin müəllimi ə.ü.f.d. Qarayev Elnur Eldar oğludur.

İxtiranın mahiyyəti ondan ibarətdir ki, təklif edilən üsulun köməyi ilə emal zamanı yaranan çay tullantılarından qida və yüngül sənayedə istifadəyə yararlı, tullantıların tam və rasional istifadəsini təmin edən, toksik olmayan və daha əlçatan həlledici - etil spirti və təmizlənmiş sudan istifadə etməklə zehni fəaliyyəti yaxşılaşdıran L-teonin və kofeinin ayrı-ayrılıqda alınması həyata keçirilir.