Dünya şöhrətli alim Tədris Terapevtik Klinikada məruzə oxuyub
Martın 13-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında dünya şöhrətli alim, uşaq nevroloqu, Fransanın Paris şəhərində yerləşən Deskorte Universitetinin professoru Olivye Dülak tərəfindən “Beynin inkişaf etapları və EEQ-in neyrofizioloji əsasları” mövzusunda elmi-praktik seminar keçirilib.
Konfrans çərçivəsində uşaqlarda mərkəzisinir sisteminin bətndaxili periodda inkişafı, böyüməsi və funksiyaların formalaşması barəsində yeni məlumatlar verilib. Məlum olduğu kimi, son illər erkən neonatal və uşaqlıq dövründə meydana çıxan bir çox xəstəliklərin təməli məhz bətndaxili periodda qoyulur. Bunun üçün də müasir nevrologiya və pediatriya ixtisaslarının qarşısına qoyulan tələblərdən biri olunan EEQ monitorinqin və eləcə də ENMQ üsulların vacibliyi və zənginliyi vurğulanıb. Vaxtında və vaxtından əvvəl doğulan uşaqların EEQ monitorinq zamanı beyin aktivliyinin fərqliliyivə tipik neonatal EEQ-in mənzərəsi xırda detallarla nəzərə çatdırılıb.
Seminarda ATU-nun Nevrologiya kafedrasının əməkdaşları və rezidentləri, eləcədə müxtəlif bazalarında çalışan həkim və rezidentlər iştirak ediblər.