Tələbələr Milli Oftalmologiya Mərkəzi ilə tanış oldular

 

Martın 30-da Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransı keçiriləcək. Bu tədbirdən öncə həmin fakültənin Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri Milli Oftalmologiya Mərkəzini ziyarət edərək qurumun işi ilə yaxından tanış olublar.

ATU-nun Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədovanın rəhbərliyi ilə baş tutan ziyarət zamanı əvvəlcə  Akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyulub. Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilatı, tədris və metedik bölmənin müdiri, t.ü.f.d. Yazgül Abdıyevanın müşayiəti ilə tələbələr mərkəzdə yerləşən Akademik Zərifə Əliyeva adına muzeydə saxlanılan eksponatlar haqqında da bilgi əldə ediblər. Gənclər həmçinin mərkəzin kitabxanasındakı tibbi ədəbiyyat nümunələri ilə də tanış olublar.

Milli Oftalmologiya mərkəzinə tanışlıq ziyarətində universitetin TEC sədri E.Miriyev və Əczaçılıq fakültəsinin tələbələri L.Yusifova, M.Məmmədova, Ə.Zərbalıyev, N.Rəhimova O.Məmmədova, T.Rəhimov, N.Hüseynli də iştirak ediblər.