ATU prorektoru əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edib
Baharın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, rəmzi kimi qarşılanaraq böyük sevinclə qeyd olunur. Əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə Novruzun gəlişi hər kəsdə xoş hisslər oyadır.
Bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev kollektiv üzvləri ilə görüşündə bildirib.
Prorektor S.Əliyev qeyd edib ki, biz indi sevimli Novruz bayramını uzun illərdir həsrətini çəkdiyimiz Qarabağda da qeyd edirik ki, bu da hər kəsdə qürur və şadyanalıq hissi yaradır. S.Əliyev ATU-nun əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edib, hər kəsə cansağlığı, səadət və işlərində böyük uğurlar arzulayıb.