ATU-nun l cərrahi xəstəliklər kafedrasının assistenti, ph.dr. Azər Hümmətov Türkiyədə keçirilən 11. Endokrin Cərrahiyyə Konfransında iştirak edib.
ATU təmsilçisi konfrans iştirakçıları qarşısında “Tiroid düyünlərinin diaqnostikasında elastosonoqrafiyanın rolu” mövzusunda çıxış edib, öz təcrübəsini bölüşüb. Doktor A.Hümmətov həmçinin tiroid düyünlərinin diaqnostika və müalicə üsulunun seçimində TİRADS və Bethesda təsnifatlarının birgə tətbiqinin əhəmiyyəti ilə bağlı da elmi məruzə edib. ATU əməkdaşının konfrans çərçivəsində “Azərbaycanın şəhər əhalisində Covid-19 pandemiyası və postpandemiya zamanı Vitamin D səviyyəsinin dəyərləndirilməsi” mövzusunda poster çıxışı da olub. Müxtəlif ölkələrdən həkim və mütəxəssislərin iştirak etdiyi konfransda paralel sessiyalarda ümumilikdə 100-dən çox məruzə səsləndirilib.