Tibb Universiteti Akademik Zərifə Əliyeva adına liseydə xeyriyyə aksiyası təşkil edib

 

Martın 27-də Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının təşkilatçılığı ilə liseyin müəllim və şagirdləri üçün tədbir keçirilib. Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş bu tədbirdə kafedranın müdiri, professor Paşa Qəlbinur Musayev çıxış edib. Kafedra müdiri görkəmli alim-oftalmoloqun keçdiyi zəngin həyat yolundan və genişspektrli fəaliyyətindən söhbət açıb. Ölkəmizdə oftalmologiya sahəsinin inkişafının bugünkü səviyyəyə çatdırılmasında Akademik Z.Əliyevanın müstəsna rolunu qeyd edib. 

Tədbirdə səsləndirilən çoxsaylı suallar professor tərəfindən cavablandırıldıqdan sonra xeyriyyə aksiyasi keçirilib.  Kafedranın əməkdaşlarıtərəfindən liseyin müəllim və şagirdləri müxtəlifyönlü oftalmoloji müayinə olunub, onlara həkim-mütəxəssislər lazımi tövsiyələrini verib. 

Təşkil olunan aksiya liseyin əməkdaşları və şagirdləri tərəfindən razlıqla qarşılanıb.