Ağır onurğa əməliyyatı uğurla həyata keçirilib
 

ATU-nun Neyrocərrahlıq kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov bu günlərdə Neyromuskulyar skolioz əməliyyatı həyata keçirib.

Qeyd edək ki, adıçəkilən xəstəliyə anadangəlmə sinir sistemində problemi olan uşaqlarda təsadüf olunur və ağır əməliyyat hesab edilir.

Həkimin bildirdiyinə görə, əməliyyat etdiyi 17 yaşlı qızın anadangəlmə sinir problem olub: “Xəstəlik pasiyentimizin yerişində və digər hərəkətlərində problem yaratdığı üçün valideynləri əməliyyat üçün bizə müraciət edib. Xəstədə əyrilik dərəcəsi həddindən artıq çox olduğundan, icra etdiyimiz əməliyyat ağır onurğa əməliyyatı hesab olunur. 4-5 saat çəkən əməliyyat uğurla başa çatdı. Biz gənc xanımın əməliyyat vasitəsi ilə onurğa sütununun əyriliyini düzəltməyə, hərəkətində olan problemləri aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, bu, C.İskəndərovun icra etdiyi onlarla ağır əməliyyatlardan biridir.