TEC-in konfransında tələbələrin məruzələri dəyərləndirilib
 

Aprelin 4-də ATU-nun Tədris Stomatoloji Klinikasında Stomatologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransının açılışı olub. Konfransı giriş sözü ilə fakültənin dekanı, dosent Səid Əhmədov açıb.

Dekan görkəmli akademikin keçdiyi şərəfli həyat yolundan, elmi fəaliyyətindən söhbət açıb. Ümumiyyətlə, görkəmli dövlət xadimi Əziz Əliyevlər ailəsinin Azərbaycan dövlətçiliyinin və Azərbaycan tibb sahəsinin inkişafında göstərdikləri misilsiz xidmətlərdən danışıb. Bu cür konfransların tələbələrin elmi biliklərinin, gələcəkdə aparacaqları araşdırmaların səmərəliliyinin artırılmasında müstəsna rolu olduğu vurğulanıb.

Konfrans açıq elan edildikdən sonra tələbələrin elmi məruzələri dinlənilib.

Sonda Münsiflər Heyəti tərəfindən məruzələr dəyərlədirilib. Ortopedik stomatologiya kafedrası üzrə Mənsurə Omarova (III kurs), və Elnur Məmmədovun (IV kurs) məruzələri 1, Terapevtik stomatologiya kafedrası üzrə Nəzrin Musəvi (IV kurs), Ağız və üz-çənə cərrahiyyəsi kafedrası üzrə Yasəmən Nurinin (IV kurs) məruzələri 2, Uşaq stomatologiyası kafedrası üzrə Elman Şərifi (IV kurs), Ağız və üz-çənə cərrahiyyəsi kafedrası üzrə Shervin Goishexanın (III kurs) məruzələri 3-cü yerə layiq görülüb.