Aprelin 5-də Azərbaycan Tibb Universiteti Tələbə Elmi Cəmiyyətinin (TEC) Xarici dillər kafedrası üzrə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransı keçirilib. Konfransı TEC-in sədri Sura Pənahlı açıb.
S.Pənahlı Ulu Öndərin keçdiyi şərəfli ömür yolu, onun Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında göstərdiyi misilsiz xidmətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Konfrans zamanı 21 tələbənin alman və ingilis dillərində məruzələri dinlənilib. Onlardan Fariz Əliyev, Fidan Abdulhəlimova, Zəhra Manaflı, Nəzrin Məmmədova, Zəkiyyə Zeynalova, Kəlbi Kəlbiyev, Mehin Rəşdiyeva, Ağasəf Cəfərov, Ahmed İsmayil, İsmet Tuğ diploma layiq görülüb, digər məruzəçilərə isə sertifikatlar təqdim olunub.
Konfrans sual-cavab əsnasında öz işini başa çatdırıb.