ATU əməkdaşları üçün təlim təşkil olunub

 

Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün “Effektiv strateji planlaşdırma və proqram qiymətləndirilməsi“ (Effective strategic planning and program evaluation) və “Effektiv kurrikulumun/sillabusun yaradılması” (Effective curriculum/sillabus design) təlimlərinə start verilib.

Strateji planlaşdırma və proqram qiymətləndirilməsi üzrə təlimdə kafedra müdirləri, struktur bölmə rəhbərləri və əməkdaşlar iştirak edir. Kurrikulumun/sillabusun yaradılması üzrə təlim isə müvafiq olaraq tədris prosesində iştirak edən heyət üçün keçirilir.

Qeyd edək ki, təlimlər Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin xarici ekspert komissiyasının rəsmi hesabatının tövsiyəsinə uyğun olaraq, tanınmış mütəxəssis Tiffany Tillman tərəfindən keçirilir. 10 ildən artıqdır bu sektorda fəaliyyət göstərən T.Tillmanın proqram qiymətləndirilməsində, akkreditasiya işində və tədris planının yaradılmasında böyük təcrübəsi var. O, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən English Language Fellow proqramı üzrə fəaliyyət göstərir