Əməkdaşımız “Experimed” jurnalının “Qonaq redaktoru” təyin edilib

 

Azərbaycan Tibb Universiteti Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov İstanbul Universiteti nəzdində nəşr olunan “Experimed” jurnalının “Qonaq redaktoru” təyin edilib.

Bu barədə İstanbul Universitetinin professoru Bedia Çakmak məlumat verib. “Hörmətli doktor Müşfiq Həsənli, İstanbul Universiteti Əziz Sancar Eksperimental Tibb İnstitutunun açıq çıxışlı elmi nəşri olan “Experimed” jurnalının redaksiya heyəti adından 2023-cü ilin dekabrında nəşr olunacaq növbəti sayımızın “Qonaq redaktoru” təyin olunduğunuzu bildirməkdən şərəf duyuram. Elm üçün birlikdə çalışacağımız töhfələrə görə çox həyəcanlıyıq” – deyə o bildirib.