İctimai səhiyyə fakültəsinin VI kurs tələbələrinin 2022-2023-cü tədris ilində Dövlət Attestasiyası Komissiyasının Obyektiv StrukturlaşdırılmışPraktik İmtahanına hazırlığı məqsədilə görülən işlərin hesabatı diqqətə çatdırılib.
Bu haqda məlumat verən DAK-ın məsul katibi, baş müəllim İ.Mustafayeva bildirib ki, gigiyena fənni üzrəQidalanma və tibbi ekologiya, Uşaq yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı, epidemiologiya fənni üzrə isə Epidemiologiya kafedrasında təcrübi bacarıq imtahanına hazırlıq məqsədilə təlimlər təşkil olunub. OSPİ üzrə kafedranın adı, tarixi, vaxtı, qrupun nömrəsi göstərilməklə təlim cədvəli tərtib edilərək kafedra müdirlərinə göndərilib. Onun sözlərinə görə, təlimlər cədvələ müvafiq olaraq aprelin 7-dən başlayıb, mayın 11-ə qədər davam edəcək. Bütün kafedralarda təqdim edilən bacarıqlara müvafiq təlim otaqları ayrılıb.
Təlimlərin keçirilməsinsdə əsas məqsəd tədris ili müddətində təcrübə dərslərində öyrədilən bacarıqların təkrarlanması və təkmilləşdirilməsidir.
Kafedralardan göndərilən sual və situasiya tipli tapşırıqların keçən tədris ilindəki sual və tapşırıqlarla müqayisəsi aparılıb. Qidalanma gigiyenası, kommunal gigiyena və Əmək gigiyenası fənlərinin hər biri üzrə 1 sual yenilənib.