Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli “Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin fəxri qonağı - Stenford Universiteti (ABŞ) Lucile Packard Uşaq Xəstəxanasının uşaq kardio cərrahı, Dosent Teymur Nəsirovla görüşüb.
Görüş zamanı qonağa son illər ATU-da aparılan islahatlar, yenilənmiş tədris proqramı, universitetdə tələbələrin keyfiyyətli təhsili və asudə vaxtını keçirməsi üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Uzun illərdir Bakıda olmadığını bildirən T.Nəsirov bu müddət ərzində paytaxtın çox gözəlləşməsindən, ATU-nun beynəlxalq standartlara uyğun fəaliyyətindən məmnunluqla danışıb.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.
Qeyd edək ki, kardio cərrah, Dosent Teymur Nəsirov Səhiyyə Nazirliyi və ATU-nun təşkilatçılığı ilə keçirilən və Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” konqresi çərçivəsində Bakıda səfərdədir.