Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü günüdür.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.