Ağciyər xəstəlikləri kafedrasının əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

 

      Mayın 9-da Türk Toraks Dərnəyi Türkiyənin Antalya-Bələk bölgəsində 26-cı beynəlxalq konqresini təşkil edib. 

Mayın 13-dək davam edən konqresdə Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov və kafedranın dosenti Ceyhun İsmayılzadə də iştirak edib. Kafedranın əməkdaşları “The comorbid course of drug-resistant pulmonary tuberculosis and chronic obstructive pulmonary disease” ("Dərmanlara davamlı ağciyər vərəmi və xroniki obstruktiv ağciyər xəstəliyinin komorbid gedişi") mövzusunda e-poster təqdim ediblər.  

Konqresdə dünyanın bir çox ölkələrindən (ABŞ, Böyük Britaniya, Çexiya, Polşa, İtaliya və s.) minə yaxın mütəxəssis, o cümlədən  dünyada ağciyər xəstəlikləri üzrə tanınmış bir sıra qurumların rəhbərləri və nümayəndələri də iştirak edib, pulmonologiyanın aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər. İştirakçılardan Amerika Torakal, Avropa Respirator cəmiyyətlərinin rəhbərlərinin məruzələri xüsusi maraqla qarşılanıb.