ATU daha bir əməkdaşlığa imza atdı

 

15 ildən artıqdır ki, davam edən Azərbaycan Tibb Universiteti və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (AzerMDS) arasında əməkdaşlıq əlaqələri imzalanan anlaşma memorandumu ilə daha 3 il müddətində uzadılıb. 

Memorandum Azərbaycan Tibb Universiteti tələbələrinin beynəlxalq əlaqələrinin yaxşılaşdırılması, tələbələrin xarici ölkələrin universitet klinikalarında təcrübi bacarıqlara yiyələnməsi və elmi araşdırmalar aparması, eyni zamanda ATU-un beynəlxalq miqyasda daha yaxşı tanınması məqsədi daşıyır. 

Memorandum Azərbaycan Tibb Universiteti rektoru, professor Gəray Gəraybəyli və Həkimlər və Təbib Tələbələr İctimai Birliyi prezidenti Aqil Vəlizadə tərəfindən imzalanıb. Anlaşma sənədində ATU tələbələrinin beynəlxalq münasibətlərinin gücləndirilməsinə yardım edilməsi ilə yanaşı, həm də xarici ölkələrdən gələn tələbələrin istehsalat təcrübəsinin universitet klinikalarında təşkili ilə bağlı məsələlər əhatə olunub. 

Qeyd edək ki, saziş sayəsində bu günə qədər 1000-ə yaxın tələbə İtaliya, İspaniya, Çexiya, Ruminiya, Polşa Portuqaliya, Estoniya, Braziliya, Türkiyə və s. kimi ölkələrdə mübadilə proqramlarında iştirak edib. Anlaşma memorandumunun müddətinin uzadılması ilə daha 150-ə yaxın tələbənin beynəlxalq mübadilə proqramlarında iştirakı hədəflənir.