"Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi keçirilib

"Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi keçirilib.

Konqresə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahlar qatılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciəti səsləndirilib.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və digər qonaqlar çıxış edib, ürək-damar xəstəliklərinin dünyada ölüm səbəblərinin başında gəldiyini diqqətə çatdırıb, ölkəmizdə kardiologiya sahəsində görülmüş işlərdən bəhs ediblər.