Stomatoloq tələbələrimiz mükafat qazanıb

 

ATU-nun Stomatologiya fakültəsinin tələbələri onlayn formatda keçirilən Tələbə və Gənc Alimlərin 84-cü Ümumi Ukrayna Elmi Tibb Konqresində məruzələrlə çıxış ediblər.

V kurs tələbəsi Noor Hameed Misodinenin “Aftoz stomatit Behcet xəstəliyinin təzahürü kimi” mövzusunda məruzəsi (elmi rəhbər - dosent Ayət Cəfərova, Terapevtik stomatologiya kafedrası) birinci yerə layıq görülüb. IV kurs tələbələri Amaliya Sədrətdinli “Gənclər arasında mikrodentiyanın rastgəlmə tezliyi, etiologiyası, kliniki simptomları” (elmi rəhbər - asssistent Tainça Talıbova, Ortopedik stomatologiya kafedrası), İlahə Bəndəlizadə isə “Minimal invaziv yanaşma, Wax-up və Mock-up bələdçi kimi” (elmi rəhbər - dosent Asif Arxməmmədov, Ortopedik stomatologiya kafedrası) adlı məruzələrinə görə konqresin xüsusi diplomu ilə təltif olunublar.