Rektor Gəray Gəraybəyli Almaniyada çalışan azərbaycanlı həkimlərlə görüşüb

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya səfəri zamanı universitetimizin bu ölkədə fəaliyyət göstərən bəzi məzunları ilə görüşüb.

Görüşdə azərbaycanlı həkimlərin Almaniyanın müxtəlif klinikalarında fəaliyyəti, Azərbaycan və Almaniya tibb təhsili arasındakı fərqlilik və oxşarlıqlar, iki ölkənin tibb təhsili sahəsində əməkdaşlıq istiqamətləri üzrə təkliflər və s. məsələlər müzakirə edilib. Rektor azərbaycanlı həkimləri Azərbaycan Tibb Universiteti ilə yaxından əməkdaşlıq etməyə çağırıb. Həmçinin qeyd olunub ki, ATU azərbaycanlı həkimlərə hər cür dəstək verməyə hazırdır. Təsadüfi deyil ki, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlər tərəfindən yaradılmış bir neçə ictimai birliklə sıx əməkdaşlıq edilir.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.