NRP təlimləri daha geniş miqyasda keçiriləcək

 

NRP təlimləri daha geniş miqyasda keçiriləcək

 

Yenidoğulmuşların Canlandırma Proqramı (NRP-8) çərçivəsində növbəti kurs rezidentlərimiz üçün təşkil olunub. Səhiyyə Nazirliyi, ATU və Liv Bona Dea xəstəxanasının dəstəyi ilə iyunun 20-də keçirilən kurs təlim şəklində aparılıb.

Ümumiyyətlə, bütün dünyada yenidoğulmuşların ölümlərinin və əlilliklərinin qarşısının alınması məqsədilə Yenidoğulmuşların Canlandırma Proqramı təlim şəklində həyata keçirilir. Bu proqramın 2020-ci ildə yenilənmiş ən son versiyası “NRP-8” iyunun 20-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Liv Bona Dea hospitalının birgə təşkilatçılığı ilə ilk dəfə Tədris Cərrahiyyə Klinikasında keçirilmişdi.

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovun təşəbbüsü ilə təşkil edilən kursun təlimçiləri uzman Dr.Sərxan Elbəyiyev, I uşaq xəstəlikləri kafedrasının assistenti Sevinc Muxtarova və II uşaq xəstəlikləri kafedrasının assistenti Kamil Şərifov bu cür təlimlərin daha geniş miqyasda keçiriləcəyini bildiriblər.