ATU-nun kafedra müdiri Qazaxıstanda çıxış edib
ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev iyunun 13-dən 16-dək Qazaxıstanın Almatı şəhərində TUDAS - türk dövlətlərinin araşdırmaları simpoziumuna qatılıb və “Heydər Əliyev tarixi yaddaş və milli mentalitet haqqında” mövzusunda çıxış edib.

O, məruzəsində Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə simpozium iştirakçılarına geniş məlumat verib. Məruzədə Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək qiymətdən bəhs edilib. Professor Q.Əliyev məruzəsində qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi dünyagörüşü, zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkəsinin iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Ümummilli liderimizin dövlətçilik siyasəti sayəsində elm-təhsil, mədəniyyət və səhiyyə sistemi də öz inkişaf yoluna qədəm qoyub. Məruzəçi bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanması, eləcə də demokratik dövlət konsepsiyasının uğurla həyata keçirilməsi Heydər Əliyev şəxsiyyətinin və onun siyasi kursunun bütün istiqamətlərdə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət edir.

Üç gün davam edən tədbirdə professor Q.Əliyev simpoziumun xüsusi sertifikatına layiq görülüb. O, bölüm rəhbəri kimi tədbirdə çıxış edənlərə sertifikatlar verib.