ATU rektoru yekun dövlət attestasiya imtahanlarını izləyib

Azərbaycan Tibb Universitetində (ATU) Yekun Dövlət Attestasiyasına start verilib. Universitetin rektoru, professor Gəray Gəraybəyli bu gün Müalicə-profilaktika fakültələrinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.

Rektor tələbələrlə söhbət edərək, onların fikir və təkliflərini dinləyib. İmtahandan uğurla çıxan tələbələri təbrik edib, onlara müvəffəqiyyət diləyib.

İmtahan prosesinə ATU-nun prorektor heyəti də nəzarət edib.