ATU əməkdaşı radiologiya üzrə beynəlxalq forumda iştirak edib

29 iyun-1 iyul 2023 tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində radioloqların X Avrasiya forumu keçirilib.

Avropa, Asiya və Amerika qitəsindən olan mütəxəssislərin qatıldığı bu elmi toplantıda Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri professor Məlahət Sultanova da iştirak edib.

 Qazaxıstan Səhiyyə Nazirliyi və Astana Tibb Universiteti tərəfindən təşkil edilən forumda professor Məlahət Sultanova və nümayəndə heyətinin üzvü, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri dosent Yunus Əfəndiyev məruzə ilə çıxış ediblər. Tədbirdə diaqnostik və intervension radiologiyanın vacib problemlərinə dair müzakirələr aparılıb.