ABŞ-ın Georgetown Universitetinin Tibb Mərkəzinin professoru ATU-nun qonağı olub

 

Azərbaycan Tibb Universitetində ABŞ-ın Georgetown Universitetinin Tibb Mərkəzi, Farmakologiya və Fiziologiya kafedrasının professoru Yuichiro Justin Suzuki ilə görüş keçirilib.

Görüş zamanı qonağa Azərbaycanda tibb elminin və tibb təhsilinin inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, həmçinin, ATU-dakı tədris prosesi, universitetin beynəlxalq əlaqələri barəsində ətraflı məlumat verilib.

Professor Yuichiro Justin Suzuki də öz növbəsində ATU rəhbərliyinə diqqət üçün təşəkkür edib. Görüşdə ABŞ-ın Georgetown Universiteti ilə ATU arasında gələcək əməkdaşlıq, birgə elmi araşdırmaların aparılması və digər məsələlər barəsində müzakirə olunub.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev, eləcə də Sitologiya, Embriologiya və Histologiya kafedrasının dosenti Günel Əyyubova və b. iştirak ediblər.