Biruni Universitetinin müəllimi ATU-da təcrübə keçib

 

Türkiyənin Biruni Universitetinin əməkdaşı Dr. Tuğçe Kahraman Demir Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasında təcrübə keçib. Bu proqram iki ali məktəb arasında imzalanmış “Professor-müəllim heyətinin mobilliyi üzrə KA107 Erasmus+ mübadilə proqramı” çərçivəsində baş tutub.  

Qonaq müəllim Dr. Tuğçe Kahraman Demir ATU-nun Nevrologiya kafedrasının müdiri professor Aytən Məmmədbəylinin rəhbərliyi altında təcrübə keçib. O, kafedrada tədris və müalicə işləri ilə tanış olub, öz bilik və bacarığını bölüşüb. Həmçinin, tibbi genetika üzrə elmi seminarda iştirak edib.

Təcrübə proqramının sonunda Dr. Tuğçe Kahraman Demirə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov tərəfindən Erasmus+ mübadilə proqramının sertifikatı təqdim edilib.